MDB bankları

MTM şirkəti haqqında

Maliyyə Texnologiyaları Mərkəzi (MTM) – Rusiyanın İT-şirkəti, RF və MDB maliyyə bazarı iştirakçıları üçün həllərin provayderidir.
 
MTM 1991-ci ildən bazarda fəaliyyət göstərir. Şirkətin ofisləri Moskva (Marketinq və satış mərkəzi), Novosibirsk (Baş işlənilmə mərkəzi), Sankt-Peterburq, Yekaterinburq, Rostov-na-Donu, Almatı (Asiya ofisi), Kişinyov (Şərqi-Avropa ofisi) şəhərlərində yerləşir. RF-nın aparıcı iqtisadi regionlarında MTM-nin 17 İşlənilmə mərkəzi işləyirlər.
 
Şirkətlər Qrupunun əməkdaşlarının sayı 2200 ötür. 
 
MTM ŞQ-nun məhsul xətti bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi, maliyyə təşkilatlarının ödəmə bazarında iştirakı üçün olan məhsullarla təqdim edilmişdir.
 
MTM Rusiya bazarında fəaliyyət göstərən ən iri Proqram Təminatı istehsalçıları olan şirkətlərinin TOP-5-nə, RF-nın yüksək texnologiyalı şirkətlərinin "TexUspex"  reytinqinin TOP-10-una daxildir.
 
RF-nın və MDB-in 500-dən çox bankı MTM-nin proqram məhsullarını və servislərini istifadə edir: RF-nın Əmanət bankı, Qazprombank, "Vozrojdeniye", "ROSSİYA" bankı, "Bank Sankt-Peterburq",  "Yevrofinans Mosnarbank", "Rosqosstrax Bank", "UralSib" Bankı, "Petrokommerts" bankı, "TRAST" Milli bankı, "NOMOS Bank",  "MDM Bank", "Otkrıtiye" Bankı, "Svyaznoy Bank", "Vostoçnıy Ekspress Bank", "Natsionalnıy rezervnıy bank", "Finansovo-promışlennıy kapital" bankı, "BKS Bank", "RESO Kredit" Bankı, "Nordea Bank", Standart Bank və başqaları.
 
Şirkət MDB ölkələri bazarında fəal işləyir və hazır həlləri Rusiya Federasiyası xaricində geniş istifadə olunan Rusiya istehsalçıları arasında liderlərdən biridir.
 
Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Tacikistan bazarları üçün MTM bu ölkələrin Milli banklarının tələblərinə uyğun olan MTM-Bank (Platforma 1), MTM-Riteyl bank (Platforma 1), MTM-Riteyl bank (Oracle əsasında), MTM-Ön-ofis, MTM – MBX (Məsafədən Bank Xidməti) sistemlərinin ölkə distributivlərini işləyib və inkişaf etdirir.

MTM-Bankı

Sistem haqqında 

MTM-Bank (Plaftorma 1) Bank informasiya kompleksi - bankların fəaliyyətinin kompleks şəklində avtomatlaşdırılması üçün həlldir.
 
MTM-Bank Proqram kompleksi müasir bank biznesinin yüksək standartlarına tamamilə cavab verir və Rusiya və MDB ölkələrinin ən iri maliyyə təşkilatlarında istismar edilir.
 
MTM-Bankın səmərəliliyinin parametrləri:
  • Müxtəlif saat qurşaqlarında 10-dan 15 000-ə qədər istifadəçinin eyni zamanda işləməsi;
  • 10 000 000-dan çox müştəriyə xidmətetmə;
  • Gündə 8 000 000-dan çox sənədin və 15 000 000 tranzaksiyanın emalı;
  • 30 000 000 şəxsi hesaba xidmətetmə.
Səmərəliliyin yüksək həcmləri biznesin genişlənməsi ilə əlavə server avadanlığını qoşmağa imkan verən sistemin effektiv və miqyası böyüdülən arxitekturası hesabına əldə edilir.
 
MTM-Bank bank biznesini aşağıdakı istiqamətlər üzrə dəstəyi ilə təmin edir:
  • Korporativ və özəl müştərilərə müştəri xidmətinin göstərilməsi
  • Bankın maliyyə və fond bazarlarında əməliyyatları
  • Mühasibat uçotu və hesabdarlıq
  • Bankın inzibati-təsərrüfat fəaliyyəti
  • Korporativ idarəetmə
MTM-Bank sistemi maliyyə təşkilatlarını aşağıdakılar ilə təmin edir:
  • Distribusiyanın müasir kanallarından istifadə etməklə 24x7 rejimində müştərilərə xidmətetmə.
  • Bank əməliyyatlarının qeydiyyat siyasəti və bankın iş texnologiyası ilə ciddi uyğunluqda icra edilməsi.
  • Bankın vahid informasiya sahəsinin və bankın maliyyə sənəd dövriyyəsinin vahid mühitinin yaradılması.
  • Effektiv idarəetmə qərarlarının qəbulu.
 

Tətbiqinə yanaşmalar

 
Yeni informasiya platformasının sürətlə sənaye istismarına buraxılması – MTM-nin texnoloji həllərinin ən əhəmiyyətli bazar üstünlüklərindən biridir.
 
Müxtəlif miqyaslı və ixtisaslaşmalı banklarda tətbiqetmə layihələrinin həyata keçirilməsində qazanılmış çoxillik təcrübə MTM-nə sistemin quraşdırılması və onun sənaye istismarına buraxılması üzrə effektiv metodologiyanı işləyib hazırlamağa imkan verib.
 
Tətbiq layihəsinin mərhələləri
  • Bankın biznes-tələbatlarının müayinəsi və tətbiqetmə planının işlənib hazırlaması;
  • Proqram təminatının quraşdırılması və köklənməsi;
  • Bank tərəfindən daha əvvəl istifadə edilən sistemlərdən məlumatların konvertasiyası;
  • Məlumatların bütövlüyünün yoxlanılması;
  • Bankın ərazisində nəzarət müşayiəti;
  • Uzaqdan girişin mühafizə edilmiş kanalı ilə müşayiət;
  • Məhsulun bankın tələbatlarına uyğunlaşdırılması (lokal və regional tamamlamaların reallaşdırılması);
  • İnterfeyslərin işlənib hazırlanması və bank tərəfindən istifadə edilən xarici sistemlərlə inteqrasiyası.
Proqram məhsullarının tətbiqi xüsusi təlimdən sonra MTM mütəxəssislərinin, sertifikatlaşdırılmış tərəfdaşların layihə komandalarının, bankın İT-komandalarının köməyi ilə həyata keçirilə bilər.
 
Bank mütəxəssislərinin tətbiq layihəsində iştirakının dərəcəsindən asılı olaraq MTM tətbiqetmənin aşağıdakı variantlarını təklif edir:
 
  • Bankın və MTM-in birgə layihə komandası ilə tətbiqetmə
  1. Sistem Bankın və MTM mütəxəssislərindən ibarət olan birgə Layihə komandası ilə işə salınır. Layihə komandasının iştirakçıları həm Bankın ərazisində, həm də məsafəli rejimdə işləyə bilərlər.
  2. Layihə alt layihələr toplusundan ibarətdir – "bir Məhsul – bir alt layihə".
  3. Hər alt layihə Bank üçün konkret biznes-nəticəyə yönəldilmişdir və müəyyən edilmiş işə salma tarixinə və məhsulun parametrlərinə malikdir.
  4. Layihə rəhbərliyi:

    4.1 Layihə Direktoru - Banka lazım olan bütün Məhsulların vaxtında işə salmasına cavabdeh olan MTM tərəfindən Layihə rəhbəridir.

    4.2 Alt layihənin ortaq direktoru – Bankda müvafiq Məhsulun parametrlərin təyininə və işə salınmasının tarixinə cavabdeh olan Bank tərəfindən konkret maliyyə Məhsulunun işə salınması üzrə alt layihənin rəhbəridir. Bir qayda olaraq, bu - cəlbetmənin, yerləşdirmənin həcmləri, müştərilərin sayı, marja  və s. ilə ifadə edilmiş biznes planlara malik olan Bankın biznes-istiqamətinin rəhbəridir.

    4.3 Alt layihənin əlaqələndiricisi – müvafiq Maliyyə Məhsulunun vaxtında işə salınmasına cavabdeh olan MTM tərəfindən konkret Maliyyə Məhsulunun işə salınması üzrə alt layihənin rəhbəridir. MTM-in Maliyyə Məhsulunun işə salınması üzrə Layihə qrupunun mütəxəssislərinin işini əlaqələndirir.
  5. Maliyyə Məhsulunun işə salınmasına aşağıdakılar daxildir:
    • müayinə,
    • köklənmə üzrə işlər,
    • konvertasiya,
    • Məhsulun Bankın spesifik tələblərinə inteqrasiyası və kastomizasiyası,
    • Təhvil-təslim sınaqları,
    • keçid və nəzarət müşayiəti,
    • ayın başa çatması.
  6. Layihənin gedişatına həftəlik nəzarət.
 
Hər alt layihənin reallaşdırılması zamanı, hər həftə, MTM tərəfindən Layihə Direktoru və Bank tərəfindən Alt layihənin ortaq direktoru keçmiş həftə ərzində işlərin nəticələrini qeydə alır və növbəti həftəyə iş planını (Məhsulun işə salınmasının prioritetlərinə uyğun olaraq) təsdiqləyirlər.
 
  • Bankın mütəxəssisləri tərəfindən tətbiqetmə
  1. Sistem Bankın Layihə komandasının gücü ilə işə salınır. Bu həll Məhsulların tətbiqi üzrə tipik işlərin icra edilməsinə Bankın xərclərini azaltmağa imkan ayradır.
  2. Banka, özünə tətbiqetmənin müfəssəl planını, Layihə komandasının və Aparat-Proqram Kompleksinin formalaşdırılmasından başlayaraq Məhsulların sənaye istismarına buraxılmasından sonra MTM-nin müşayiət xidmətinə qoşulmağa qədər Layihənin mərhələlərindən hər birinin icrası üzrə tövsiyələri daxil edən Sistemin tətbiqi Metodikası təqdim edilir.
  3. Tətbiqetmənin effektivliyinin artırılması və Layihənin inisiasiya və start mərhələsinin sürətləndirilməsi üçün MTM Bankın Layihə komandası üçün Sistemlə işləmə üzrə məsafədən təliminin və Bankın IT-komandası üçün Tətbiqetmə Metodikasına dair əyani tədrisin keçirilməsini təklif edir.
  4. Lazımi konsultasiya dəstəyinin təmin edilməsi üçün Layihə üzrə işlərin icra edildiyi müddətə MTM-dən Əlaqələndirici təyin olunur.
  5. MTM Layihə üzrə əsas materialların yerləşdirilməsi üçün Layihə Portalını təqdim edir. Portala giriş bir qrup razılaşdırılmış şəxslər üçün açıq olur.
  6. Müəyyən məsələlərin icrası üçün MTM-dən Layihənin Əlaqələndiricisinin yanına göndərilmiş ilkin sifariş üzrə sertifikatlaşdırılmış mütəxəssislərin cəlb edilməsi mümkündür. Ödəmə yerinə yetirilmiş işlər faktı üzrə aparılır.
  7. Məhsulların sənaye istismarına buraxılmasından və Sistemin sxeminin aktual versiyaya keçirilməsindən sonra MTM Bankın sxeminin auditini keçirir və Bankı müşayiət xidmətinə qoşur.
  8. Tərəflərin Məhsulların razılaşdırılmış müddətlərdə işə salınması haqqında niyyətlərinin təsdiq edilməsi üçün Sistemin Məhsullarının müstəqil şəkildə tətbiq edilməsi haqqında Müqavilə bağlanılır.
 
Sistemin işə salınması üzrə xidmətlər
  • Tədris
  • ƏS-in, Məlumat Bazasının İdarəetmə Sisteminin (MBİS),  Platformanın quraşdırılması
  • İlk məlumatların keyfiyyətinin qiymətləndirilməsi  
  • Məhsulların/Əlavələrin işə salınması  
  • Əlavələrin inteqrasiyası  
  • Məhsulların/Əlavələrin modifikasiyası  
  • Test günləri
  • Yükləmə testi  
  • Nəzarət müşayiəti  
  • Mütləq hesabdarlığın formalaşdırılması üzrə məsləhətləşmələr
  • Ayın bağlanılması üzrə məsləhətləşmələr

MTM-Ön-оfis

MTM-Ön-оfis hüquqi və fiziki şəxslərə kredit məhsullarının və xidmətlərin təqdim edilməsi (kredit ərizələrinin qəbulu və baxılması, kredit sazişlərinin  bağlanması və müşayiəti) üzrə biznes-proseslərin texnoloji dəstəyi üçün proqram həllidir.
 
MTM-Ön-оfis kredit ərizələrinin emalının effektiv İT-alətidir.
 
MTM-Ön-оfis istənilən kredit təşkilatına uyğun olacaqdır, çünki prosesin (ərizələrin formaları, ərizələrin  yoxlamasının prosesi, sənəd şablonlarının) köklənməsinin və adaptasiyasının tez uyğunlaşan mexanizminə  malikdir. Bu həll istənilən Avtomatlaşdırılmış Bank Sistemi ilə (ABS) inteqrasiya edir.
 
MTM-Ön-оfis Əlavələr kompleksi Bankın kredit biznesinin aşağıda göstərilən istiqamətlərinin avtomatlaşdırılmasını təmin edir:
  • Avtokreditləmə
  • Daşınmaz əmlak üçün kreditlər
  • Kiçik və orta biznes üçün kreditlər
  • Ekspress - kreditləmə
 
MTM-nin Ön-оfis Əlavələr kompleksinin ümumi funksional imkanları:
  • Kreditin alınmasına dair ərizənin  emalı mərhələlərinin qurulması;
  • Kredit kalkulyatoru;
  • Ərizənin emalı tarixçəsinin saxlanılması;
  • Kredit məhsullarının şərtlərinin uyğunlaşan şəkildə qurulması;
  • Kreditin tam dəyərinin hesablanması;
  • Doldurulması mütləq olan sətirlərin köklənməsi;
  • Kreditin verilməsinə dair anket-ərizəsinin formasının köklənməsi;
  • Sənədlərin skan edilməsi və sistemdə saxlanılması;
  • Fayl və təsvirlərlə iş;
  • Sənədlər paketinin çapdan çıxarılması;
  • Müştərinin stop-vərəqlərə əsasən yoxlanılması (qara siyahılar, gecikdirilmiş borc/mənfi kredit tarixçəli müştərilərin siyahısı, skorinq üzrə imtina edilmiş müştərilərin siyahısı);
  • Etibarsız şəhadətnamələrə nəzarət
  • Müqavilələrin, hesabların və s. açılması üçün lazım olan informasiyanın qeydiyyat sistemində saxlanılması və ona ötürülməsi;
  • Müştərinin anket məlumatlarının dəyişdirilməsinə dair ərizənin daxil edilməsi və emalı;
  • Təminatın qeydiyyatı;
  • Kreditin verilməsinin həyata keçirildiyi hesabın avtomatik ona bağlanması ilə məsafədən bank xidməti müqavilələrinin açılması;
  • Sığortalanma haqqında informasiyanın qeydiyyatı (əgər sığortalanma kredit məhsulunun şərtləri ilə nəzərdə tutulmuşdur);
  • Müştərinin ödəmə qabiliyyətinin sonrakı təhlili üçün təşkilatın (mühasibat və idarəetmə hesabdarlığı) maliyyə informasiyasının qeydiyyatı;
  • Operativ hesabdarlığın alınması.
 

Potensial borcalanların yoxlanması üçün funksionallıq

Kreditləmə prosesinin ayrılmaz hissəsi borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi məqsədi ilə potensial borcalan haqqında etibarlı məlumatın əldə edilməsidir. MTM - Ön-ofis Banka borcalanın təqdim etdiyi məlumatların yoxlanılması sistemini avtomatlaşdırmağa və onun krediti ödəmə qabiliyyətini hesablamağa imkan verir.
 
  • Kredit ərizəsinin ekspertizası
Əlavə kredit ərizəsini müxtəlif istiqamətlər (məsələn, təhlükəsizlik xidmətləri, anderraytinq və s.) üzrə ekspertizasını təşkil etməyə imkan verir.
 
Funksional aşağıdakı imkanlar yardadır:
  • Aşağıda qeyd edilənlərdən asılı olaraq kredit ərizəsinin ekspertizasının keçirilməsinə dair tapşırıqları formalaşdırmaq:
    • Ərizənin emalı mərhələsindən
    • Kredit məhsulundan
    • Müştərinin ərizədəki rolundan və təminatın növündən
    • Kreditləmənin məbləğindən
    • Kreditləmənin növü və müddətlərindən və başqa parametrlərdən
  • Xarici skorinq sistemindən alınan cavaba əsasən ekspertizanın keçirilməsinə dair tapşırıqları formalaşdırmaq
  • Hər bir ekspertiza üzrə rəyləri qeyd etmək və onların əsasında ərizənin sonrakı emalı prosesini formalaşdırmaq
  • Ekspert rəyindən asılı olaraq sifarişin sonrakı müzakirəsini dayandırmaq
  • Növbəti ərizə üçün ekspertizanın keçirilməsi zamanı ekspert rəylərinin daha əvvəl alınmış nəticələrindən istifadə etmək
     
Bank üçün üstünlüklər:
  • Həm bankın baş ofisinə, həm də onun regional bölmələrinə daxil olan ərizələrin mərkəzləşdirilmiş emalı üçün vahid məlumat bazasının yaradılması;
  • Yenidən daxil olan ərizələrin emalı zamanı istifadə edilməsi üçün verilmiş ərizələrin və onların yoxlama nəticələrinin vahid arxivinin yaradılması.
  • Borcalanların anketlərinin təhlili prosesində risklərin təhlili bölməsi əməkdaşlarının işinin bankın təhlükəsizlik xidməti tərəfindən unifikasiya edilmiş nəzarətlə təmin edilməsi.
 
  • NBSM peşəkar skorinq sistemi ilə inteqrasiya
MTM-Ön-ofisin New Business Strategy Manager (NBSM) peşəkar skorinq sistemi ilə inteqrasiyası hesabına Bank hər bir borcalana dair maksimal dərəcədə dolğun məlumat toplamaq, qəbul edilən qərarların, həmçinin kredit portfelinin keyfiyyətini yüksəltmək, kredit və əməliyyat risklərinin səviyyəsini azaltmaq imkanına malik olacaqdır.
 
NBSM sistemindən daxil olan məlumatlar Banka kreditin rəsmiləşdirilməsi zamanı riskləri adekvat qiymətləndirməyə, dərhal qərarlar qəbul etməyə və hər bir konkret müştəri ilə işdən potensial nəticəni dəqiq müəyyən etməyə imkan verir.
 
MTM-Ön-ofisin NBSM sistemi ilə inteqrasiyası borcalanların qiymətləndirilməsinin ekspert modelindən statistik məlumatlara əsasən işlənib hazırlanmış ehtimal-statistik modelə keçməyə imkan verir.
    
  • KTB-dan informasiyanın əldə edilməsi
MTM-Ön-ofisdə ən iri milli Kredit Tarixləri Bürolarından (KTB) – MKTB (Milli Kredit Tarixləri Bürosu), "Ekvifaks Kredit Servisiz" və "Eksperian-İnterfaks"- məlumatları əldə etmək imkanı reallaşmışdır.
 
Bankın KTB ilə qarşılıqlı əlaqəsi potensial borcalanın kredit tarixi haqqında dolğun və etibarlı hesabatın operativ əldə edilməsini təmin edir.
 
Bank üçün imkanlar:
  • KTB-na potensial borcalan haqqında sorğuların formalaşdırılması və əldə edilmiş hesabatın emalı
  • Bankın potensial borcalanlarına dair kredit hesabatlarının alınması
  • Müştərilər və kredit tarixləri haqqında informasiyanın toplanması və saxlanılması
  • Bankın həm mövcud, həm də potensial müştərilərinin kredit tarixlərinə dair məlumatlar bazasının aparılması.
KTB ilə qarşılıqlı əlaqə üçün Əlavələrin tətbiqi Banka öz işini qanunvericiliyin bütün tələblərinə tam uyğunluqda qurmağa, pərakəndə və korporativ kreditləmə risklərini minimumlaşdırmağa kömək edəcək.
 

Sənəd dövriyyəsinin toplanması və saxlanılması

  • Sənədlərin logistikası
Sənəd dövriyyəsinin texnoloji cəhətdən toplanıb saxlanılması sahəsində MTM–Ön-ofis müştəriyə bank kredit məhsulunun təqdim edilməsi prosesində rəsmiləşdirilmiş kağız sənədlərin qəbuluna, yoxlanılmasına, saxlanılması üçün ötürülməsinə və arxivdə axtarışına məsul olan nəzarətçilərin işini avtomatlaşdırır. Bu, Bankın əməkdaşlarının müştərilərin kağız sənədləri ilə işinin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa, kargüzarlıq axınlarını daha şəffaf etməyə imkan verir.
 
MTM–Ön-ofisində aşağıdakı əməliyyatların icra edilməsi reallaşmışdır:
  • Satış məntəqələrindən daxil olmuş sənəd paketlərinin doldurulmasının düzgünlüyü və komplektliyi haqqında informasiyanın sisteminə daxil edilməsi
  • Sənədlərin kağız surətinin üzərinə unikal ştrix-kodun qoyulması
  • Sənədlərin ştrix-kod ilə axtarışı
  • Elektron müştəri dosyesinin yaradılması
  • Müştəri dosyesinin kağız surətinin bankın kargüzarlıq axınında irəliləyişini əks etdirən elektron müştəri dosyesinin marşrutlaşdırılması.
 

Sistem PT  

Ön-ofisin işinin təşkili üçün lazım olan bütün proqram təminatı bankın aparat vəsaitlərində yerləşir.
 
MTM-Ön-ofis sisteminin bank tərəfindən “buludlu” Əlavə kimi istifadə etməsi variantı mümkündür. Belə halda sistem MTM şirkətinin aparat vəsaitlərində yerləşir və kredit təşkilatına autsorsinq şərtlərində təqdim olunur.
 
Bankın ərazisində olan ön-ofis bölməsinin mütəxəssislərinin sistemə girişi üçün istifadəçinin universal iş yeri - "MTM-Naviqator" istifadə olunur.

ЦФТ-Страхование

-

MTM-MBX

MTM MDB ölkələrinin Bankalarına və maliyyə təşkilatlarına hesabların məsafədən idarə edilməsinin müasir elektron bank məhsulundan istifadə yolu ilə mövcud müştərilərin loyallığının artırılması və yeni müştərilərin cəlb edilməsi, eləcə də əsas bank əməliyyatlarının həyata keçirilməsinə olan məsrəflərin minimumlaşdırılması üçün effektiv alət olan – “MTM-MBX” sistemini təklif edir.
 
"MTM-MBX" sistemində MTM prosessinq mərkəzinin ən yaxşı təcrübələri toplanmışdır – 2000ci ildən başlayaraq Rusiyanın Bank sisteminin iştirakçılarına texnoloji autsorsinq prinsiplərinə əsaslanan internet- və mobil-bankinq servisini təqdim edən Faktura.ru. Bu gün Faktura.ru markası altında MBX-ni Rusiyanın 130 şəhərindən 300 bank və onların filialları müvəffəqiyyətlə istifadə edirlər.
 
Hal-hazırda "MTM-MBX" sistemi MDB-nin ərazisində "Kırqızstan" Səhmdar Kommersiya Bankı (SKB), "Aqroinvestbank" Kredit Bankı (Tacikistan) kimi banklarda müvəffəqiyyətlə istifadə olunur, daha bir sıra layihələr tətbiq mərhələsindədir. Rusiya Federasiyasında bu həll Qərbi-Ural, Qərbi-Sibir, Şimal-Qərb, Cənub-Qərb, Ural və Sibir Rusiya Əmanət banklarının işində uğurla tətbiq edilir.
 
Məsafədən bank xidməti sisteminin istifadəsindən bank üçün əsas xeyirlər:
  • Qarşıdakı ən azı on il üçün yüksək istismar xüsusiyyətləri;
  • Bankın “nou-hausunu” saxlamaq şərti ilə tipik proseslərin və məhsulların tətbiqi;
  • Mobilliyin və məhsuldarlığın yüksək səviyyəsi ilə miqyası böyüdülən həllin təmin edilməsi;
  • Müasir platformada birləşdirilmiş həllin təmini;
  • Həllin keyfiyyətli dəstəyinin və dəstək və inkişaf funksiyalarının mərkəzləşdirilmiş müşayiətə ötürülməsi imkanının təmin edilməsi;
  • Bankın biznesinin inkişafına vəsaitlərin və resursların investisiyası.
 

MTM-MBX – …

İnternet şəbəkəsi vasitəsilə Bank müştərilərini məsafədən rahat və etibarlı bank xidməti ilə təmin edən tam funksional tirajlanan həlldir.
 
Həll elektron sənədlərin mərkəzləşdirilmiş prossesinqi prinsiplərinə əsasən qurulub. Sistem bir sistemdə Sizin bankınızda açılmış bütün hesablar haqqında məlumatların birləşməsi imkanını təmin edir. Beləliklə, müştərilərin öz maliyyə resursları haqqında informasiyanı vahid interfeysdə və "bir pəncərədə" almaq imkanı təmin olunur.
 
"MTM-MBX" bankın icarəyə və ofislərin təchizatına (filial şəbəkəsinin bahalı inkişafı daxil olmaqla) olan xərclərini, personalın ödənişini və başqa inzibati xərcləri ixtisar etmə hesabına xidmətin ənənəvi üsulları ilə müqayisədə pərakəndə əməliyyatların həyata keçirilməsinin maya dəyərini on dəfələrlə azaltmağa imkan verir.
 
"MTM-MBX" texnoloji kompleksindən istifadə edərək, bank korporativ və pərakəndə müştərilərə öz hesablarını məsafədən idarəetmə sahəsində onların tələbatlarını təmin edən ən müasir elektron bank məhsullarından istifadəni təklif etmək imkanına malik olur.
 
Sistemlərin hazırlamasının, tətbiqinin və uyğunlaşdırılmasının çoxillik təcrübəsi MTM-nə metodik, təşkilati və proqram təminatı, həmçinin istifadəçilərin təlimi və sonrakı müşayiəti daxil olmaqla, təklif edilən sistemin tətbiqi üzrə işlərin bütün kompleksini “istifadəyə hazır” şəkildə həyata keçirməyə imkan verir.
 
"MTM-MBX" sisteminin qurulması bankın Avtomatlaşdırılmış Bank sistemi, kart prosessinqləri və 1C mühasibat proqramı ilə maksimal dərəcədə sıx inteqrasiyanı; mühafizə edilmiş rabitə kanallarına məlumatlarının ötürülməsini, informasiya təhlükəsizliyi tədbirlərinin təmin edilməsini; ixtisaslaşdırılmış texnoloji dəstəyi nəzərdə tutur.
 
Bank tez quraşdırılan və asan miqyaslanan hazır sistem və texnologiya, onun müştəriləri isə –İnternet vasitəsilə bank hesabını məsafədən idarə etmək üçün praktik olaraq məhdudiyyətsiz imkanlar əldə edir.
 
Sistemin əsas funksiyaları  
  • ERİ (Elektron rəqəmsal imza) sertifikatının avtomatik verilməsi;
  • ERİ sertifikatının uzadılması;
  • MBX sistemində müqavilələrin avtomatik qeydiyyatı;
  • Müştərilərə hesabın vəziyyəti haqqında informasiyanın təqdim edilməsi;
  • Müştərilərə vaxt müddətində hesablar üzrə çıxarışın verilməsi;
  • Müştərilərdən hesab üzrə qalığın yoxlanılması və təsdiqi tələbi;
  • Ödəniş tapşırıqlarının müştərilərdən qəbulu və emalı;
  • Valyuta vəsaitlərinin köçürülməsinə dair tapşırıqların müştəridən qəbulu və emalı;
  • Valyuta vəsaitlərinin konvertasiyasına dair ərizələrin müştərilərdən qəbulu və emalı;
  • Valyuta köçürməsinin konversiya ilə birgə göndərilməsi;
  • Valyuta vəsaitlərinin tranzit hesaba daxil edilməsi haqqında müştərilərə avtomatik xəbərdarlığın göndərilməsi;
  • Qeyri-rezidentdən göndərilmiş milli valyutanın hesablama hesabına daxil edilməsi haqqında müştərilərə xəbərdarlığın göndərilməsi;
  • Tranzit hesabdan vəsaitlərin silinməsinə dair ərizələrin müştərilərdən qəbulu və emalı;
  • Əmək haqqı layihələrinə dair işin dəstəklənməsi: müştərinin əmək haqqı müqavilələri haqqında informasiyanın sinxronlaşdırılması, MBX sistemində avtomatik qeydiyyat, hesabların açılması reyestrinin emalı, daxiletmə reyestrinin emalı;
  • Bankın tarifləri üzrə komissiyaların alınması;
  • "Riskli" ödənişlərə nəzarət və onların təsdiqi imkanı.          
Aşkar üstünlüklər
 
Fasiləsizlik
"MTM-MBX" çox sayda istifadəçinin gecə-gündüz xidməti üçün nəzərdə tutulmuşdur, və gündə 24 saat, həftədə 7 gün, ildə 365 gün fasiləsiz fəaliyyət təmin edir.
 
Universallıq
Həll iri infrastrukturları idarə etməyə, müxtəlif istifadəçi qruplarına xidmət etməyə, beləliklə, bank müştərilərinin bütün kateqoriyaları: şəxsi və korporativ, baza xidmətlərinin istehlakçıları və ən yüksək tələblərlə olan müştərilər "MTM-MBX" xidmətlərində bütün lazımi funksionalı tapa biləcəklər.
 
Əlverişlilik
"MTM-MBX" - maksimal sadəlik və funksionallıqla eyni zamanda bank xidmətlərinə məsafədən girişin minimal dəyəridir. "MTM-MBX" ilə istənilən bank əməliyyatı fiziki şəxs üçün İnternetin olduğu hər yerdə və həmişə əlçatandır.
 
İstifadənin sadəliyi
"MTM-MBX"-də istifadəçinin interfeysi informasiya texnologiyalarının minimal biliyinə malik və bank əməliyyatlarının həyata keçirilməsinin incəlikləri haqqında məlumatlılığı yüksək olmayan istifadəçilərin işləməsi üçün uyğunlaşdırılmışdır. İnternetdə ümumi iş bacarıqları kifayətdir, heç bir əlavə proqram və ya kənar lisenziyalar tələb olunmur[1].
 
Unikallıq
Seçimlərin mövcud paketini bank, bazarda analoqu olmayan unikal, fərdi xidmətlərlə genişləndirə bilər. Bank  xidmətlərini "dinamik formatda" təqdim etmək – bazar konyunkturasına tez reaksiya vermək, müştərilərin aktual tələbatlarına uyğun funksional imkanların lazımi siyahısını formalaşdırmaq imkanına malikdir.
 
Miqyaslanma
"MTM-MBX" özündə girişin müxtəlif kanalları üzrə məsafədən xidməti təmin edən bir sıra alt sistem birləşdirir. Bu həllin bütün alt sistemləri həm ayrı, həm də kompleks şəklində, vahid informasiya mühitində işləyir. Alt sistemlər ümumi özək - mərkəzi məlumatlar bazası və "MTM-MBX" vahid serveri ilə birləşdirilmişdir.
Məlumatların emalının çoxistifadəçili və çoxaxınlı modeli sistemi miqyasını məhdudiyyətsiz böyütməyə imkan verir.
 
Məxfilik
"MTM-MBX"-də informasiyanın məxfiliyini təmin etmək üçün texnoloji tədbirlərin tam kompleksi, o cümlədən informasiyanın kriptoqrafik mühafizəsi sistemləri tətbiq edilir, seçimlərdə həmçinin  İKMV (İnformasiyanın kriptoqrafik mühafizə vasitələri) vasitəsi ilə əlavə avtorizasiya nəzərdə tutulmuşdur, birləşmənin mühafizəsi SSL (Secure Socket Layer) protokolu ilə təmin olunur.
 
İnformasiyanın təhlükəsizliyi və mühafizəsi
 
Güclü platforma
"MTM-MBX" kompleksi iri sənaye həllərinin yaradılması üçün nəzərdə tutulmuş Unix Əməliyyat Sistemi əsasında işləyir. O, yüksək səviyyəli informasiya təhlükəsizliyi sisteminin reallaşdırılması üçün bütün lazımi alətlərə malikdir, uyuşan və davamlı həlləri yaratmağa imkan verir. "MTM-MBX" sistemində bank və müştəri arasında sənəd dövriyyəsinin təşkili üçün bütün lazımi texnoloji və hüquqi elementlərin mövcudluğu təmin edilmişdir.
 
Elektron-rəqəmsal  imza
Müştərinin şəxsi imzasına alternativ olaraq beynəlxalq PKCS standartlarına uyğun olan X.509 v3 formatında rəqəmsal sertifikatları dəstəkləyən elektron-rəqəmsal imzadan (ERİ) istifadə nəzərdə tutulmuşdur. Elektron-rəqəmsal imzanın formatı, ERİ XML Signature standartı əsasında reallaşdırılmışdır, rəqəmsal sertifikat yaradıldığı andan başlayaraq bir il müddətində etibarlıdır.
 
MTM-MBX çatdırılma dəstinə generasiya və nəzarət üçün istifadəçilərə verilmiş Rəqəmsal sertifikatları istifadə edən Rəqəmsal Sertifikatların Təsdiqedici Mərkəzi daxil edilə bilər.
 
Risk nəzarəti sistemi
Bank aşağıdakı nəzarət meyarlarını kökləmək imkanına malikdir: əməliyyatın verilmiş məbləğinin aşılması, bu istifadəçi üçün əməliyyatın aparıldığı yeni IP-ünvan, bu istifadəçi üçün etibarlı IP-ünvanların siyahısı, xeyrinə ödənişin edildiyi yeni kontragentin əlavə edilməsi, əməliyyatların cəmi üçün birgünlük limitin aşılması, alana "qara siyahı" üzrə nəzarət.
 
Bloklanmış ödənişlər bankın əməkdaşları tərəfindən sonrakı emala əlavə yoxlamadan sonra göndərilə bilər.
 
Çoxfaktorlu autentifikasiya
Kanalın müdafiəsi üçün ikitərəfli autentifikasiya rejimində 128-bit sessiya açarının uzunluğu ilə SSL protokolu istifadə olunur. Əlavə olaraq İnternet-banka giriş zamanı istifadəçi yalnız SSL səviyyəsində deyil, həm də ERİ ilə imzalanmış XML-sənədin köməyi ilə autentifikasiya olunur.
 
Vahid audit sistemi
Vahid audit sistemi müştəri olan təşkilatların əməkdaşlarından bankın və onun filiallarının inzibatçılarına qədər – prosesin bütün iştirakçılarının hərəkətlərini mərkəzləşdirilmiş şəkildə qeydə almağa imkan verir. Nəticə olaraq, bütün kritik hərəkətlər (giriş, sənədlərin hazırlanması və göndərilməsi, əlaqə informasiyasının dəyişdirilməsi, bankın əməkdaşı üçün – müştərinin dosyesinin dəyişdirilməsi, hüquqların qurulması və sair) jurnala salınır və ERİ ilə imzalanmış ayrı-ayrı sənədlər şəklində tərtib olunur.
 
Öz növbəsində, müştəriyə yalnız ayrı-ayrı rekvizitləri (poçt ünvanı, əlaqə üçün informasiya) dəyişdirmək imkanı verilmişdir. Əsas rekvizitləri dəyişmək üçün təsdiq edilmiş sənədlərin, həmçinin elektron formada, sistemin vasitələri ilə banka ötürülməsi lazımdır.
 
Müdafiənin aparat vasitələri
Bank və müştəri arasında mükəmməl qorunmuş elektron sənəd dövriyyəsinin təşkili üçün, müştərinin elektron-rəqəmsal imzalarına bədəməllilərin girişini bloklayan vasitələr qismində müştərinin elektron-rəqəmsal imzalarına ERİ-ın açarlarının müdafiəsinin aparat vasitələri (USB-açarlar) tətbiq edilir, onlardan informasiyanın oxunması mümkün deyil.
 
Əlavə təhlükəsizlik mexanizmləri
Müştəri tərəfindən müdafiənin aparat vasitələrini dəstəkləməyən qurğularda saxlanılan açarların istifadəsi halında sistemə icazə verilməmiş girişdən müdafiə üçün istifadəçinin İnternet-banka giriş jurnalına vizual nəzarət, müəyyən meyarlar üzrə şübhəli ödənişləri aşkar etməyə və bloklamağa imkan verən nəzarət sistemi kimi əlavə təhlükəsizlik mexanizmləri nəzərdə tutulmuşdur.
 

Bankın müştəriləri üçün imkanlar

Fiziki şəxslər üçün internet-bank
 
Servis müştəriyə aşağıdakı imkanları yaradır:
  • Öz hesabının vəziyyətinə: hesabda/kartda vəsaitlərin qalığına nəzarət etmək, hesab üzrə çıxarışı almaq;
  • Müxtəlif ödəmə alətləri arasında vasitələri yenidən paylaşdırmaq;
  • Sərbəst rekvizitlər üzrə, həmçinin ödənişlərin hazırlanması zamanı müxtəlif məlumat kitabçalarının istifadə etmək imkanı ilə büdcə ödənişləri etmək;
  • Ödənişləri şablon üzrə və daha əvvəl icra edilmiş sənədlərin kopyalanması əməliyyatının köməyi ilə formalaşdırmaq;
  • Valyuta köçürmələrini və konversiya əməliyyatlarını aparmaq;
  • Hesablar üzrə hərəkətlər, hesab üzrə vəsaitlərin qalığı, sənədin vəziyyəti, bankdan sənədlərin daxil olması haqqında mail-xəbərdarlıqları kökləmək və almaq;
  • Məsafədən, banka getmədən, ERİ sertifikatının yenilənməsini yerinə yetirmək;
  • Hesaba giriş üçün öz fərdi kompüterindən istifadə etmək;
  • Sistemdə edilən əməliyyatlar (girişlər, ödənişlərin göndərilməsi) haqqında e-mail- kökləmək  və bildirişlər almaq;
  • Təhlükəsizlik vasitələri kimi ERİ sertifikatlarından istifadə etmək.
     
Hüquqi şəxslər üçün internet-bank
 
Servis müştəriyə aşağıdakı imkanları yaradır:
  • Hesabların vəziyyətinə: hesablarda vəsaitlərin qalığına, hesab üzrə çıxarışı almağa nəzarət etmək;
  • Müştərinin müxtəlif filiallarda açılmış və / və ya holdinq strukturunun müxtəlif təşkilatlarına məxsus olan bütün hesablarını "bir pəncərədə" idarə etmək;
  • Ödəniş tapşırıqlarını formalaşdırmaq və banka göndərmək;
  • Vəsaitlərin valyutada köçürmələrini formalaşdırmaq və banka göndərmək;
  • Valyutanın alışı/satışı/konversiyası üçün ərizəni formalaşdırmaq və banka göndərmək;
  • Bankdan verilmiş şablonu istifadə etmək imkanı və faylları qoşmaqla banka sərbəst formatda sənədləri  göndərmək və bankdan almaq;
  • Xarici mühasibat proqramlarından sənədlərin idxalını yerinə yetirmək və onlara çıxarışları ixrac etmək;
  • Ödənişlərin yaradılması zamanı: xarici fayldan idxal yolu ilə çıxarışdan, şablon üzrə sənədin formalaşdırılması yolu ilə, daha əvvəl icra edilmiş sənədlərin kopyalanması əməliyyatının köməyi ilə kontragentlərin məlumat kitabçasını formalaşdırmaq;
  • Üçüncü “nəzarətçi” imzanı (baş təşkilat, nəzarətçi orqan) təyin etmək imkanı ilə bütün sənədləri "iki əl qaydası" üzrə elektron imzalarla təsdiq etmək;
  • Hesablar üzrə hərəkətlər, hesab üzrə vəsaitlərin qalığı, sənədin vəziyyəti, bankdan sənədlərin daxil olması haqqında e-mail-bildirişləri kökləmək və almaq;
  • Hesaba giriş üçün fərdi kompüterdən istifadə etmək.
 

[1] - İşə başlamaq üçün iş yerinə özünə sertifikatları, təhlükəsizlik komponentini və elektron açarın riderinin drayverlərini daxil edən instalyasiya paketini quraşdırmaq kifayətdir.

Texnoloji Platforma 1

Platforma 1  - Bankın müxtəlif informasiya sistemləri üçün yüksək tranzaksion yüklənmələr,  minlərlə istifadəçi, milyonlarla sənəd və hesablarla işləməyi bacaran sənaye platformasıdır.
 
Platforma 1 yeni nəslin instrumental platforması, MTM şirkətinin şəxsi işləməsidir. 
 

Memarlıq-texnoloji üstünlüklər

Parametrləşdirmənin imkanları
 
Sistem özəyi elə layihələndirilib ki, bank funksionalının qurulması inzibatçılıq vasitələri ilə reallaşır. Bank mütəxəssisləri biznesin tələbatlarından asılı olaraq istifadəçi interfeysinin kökləmələri, sənəd dövriyyəsinin texnoloji zəncirləri, tətbiqi alqoritmlər və istismar parametrləri kimi sistemin parametrlərini operativ konfiqurasiya edərək "proqramlaşdırmaq" imkanına nail olurlar.
 
Kənar komponentlərlə inteqrasiya
 
Sistemin baza hissəsində müxtəlif xarici əlavələrlə, prosessinqlərlə və informasiya sistemləri ilə inteqrasiya imkanını təmin edən müxtəlif formatlarda məlumatların ixrac/idxalının universal şlüzü reallaşdırılmışdır.
 
Mərkəzləşdirilmiş məlumatlar modeli
 
MTM–Bankda informasiyanın saxlanılması sisteminin əsasında vahid məlumatlar bazası yerləşir, bunun sayəsində məlumatların saxlanılması səviyyəsində tam inteqrasiya təmin olunur. Vahid “anbardan” istifadənin hesabına sistem istənilən əməliyyatların icra edilməsi zamanı onda toplanmış bütün informasiya ilə işləməyə imkan verir.
 
Modulyar struktur
 
İnstrumental platformanın imkanları komponentlərin modulluğu prinsipinə əsasən sistemi reallaşdırmağa imkan verdi, bu komponentlərdən hər biri müəyyən məsələlər dairəsinin (müştəri xidmətinin əsas bank əməliyyatları, analitik uçot və hesabdarlıq, bankı strateji idarəetmə və s.)  həllinə yönəldilmişdir. Bu zaman texnologiya əsas məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanılmasını və bankın müxtəlif informasiya sistemlərinin "münaqişəsiz" işini təmin edir. Modulyar prinsip bankının istənilən miqyasda biznesinin və fəaliyyət növünün dəstəyi üçün həllin arxitekturasının variasiyasına yol verir.
 
Sistemdə funksional modullarının istifadəsi banka yalnız cari anda lazım olan modullardan istifadə etmək imkanını təmin edir. Funksional modullara bölmə bankın əsas məhsul sırasından sıx asılılıqdadır. İcra edilən əməliyyatların spektrinin genişlənməsi ilə yeni modulların qoşulması hesabına sistemin güclərinin mərhələli artırılması imkanı təmin olunur.
 
Miqyaslanma
 
Həll, demək olar ki, məhdudiyyətsiz miqyaslanma təmin edir. Bu, pərakəndə biznesin aktiv inkişafını planlaşdıran banklar üçün xüsusilə aktualdır, çünki filial şəbəkəsinin miqyaslarından və əməliyyatların həcmindən asılı olmayaraq informasiya bank sistemlərinin imkanlarına məhdudiyyətləri götürür.
 

Təhlükəsizlik sisteminin təşkili

Məlumatların məntiqi bütövlüyünün təminatı
 
Məlumatların bütövlüyünə Məlumat bazalarının idarəetmə sisteminin (MBİS) mexanizmləri ilə təminat verilir. Bank informasiyasının ziddiyyətsizliyi onunla təmin olunur ki, məlumatları sistemdə yalnız qeydə alınmış əməliyyatlar vasitəsi ilə dəyişmək mümkündür, istifadəçilərin MBİS-in cədvəllərinə birbaşa girişi qadağandır.
 
İstifadəçilərin iş rejimini idarəetmə
 
İstifadəçilərin iş rejimi və formalaşdırma, həmçinin parolları dəyişmə qaydaları, Oracle MBİS-in hissəsi olan sistem utiliti ilə təyin edilir.
 
 İstifadəçinin informasiyaya giriş hüquqlarının müəyyən edilməsi
 
Platforma 1 əsasında olan həllərdə girişə nəzarət sistemi Oracle MBİS-in girişə nəzarət sisteminin üzərində üstqurumdur. O,  növbəti prinsiplərə əsaslanaraq qurulmuşdur:
  1. Sistemin informasiya resurslarına istifadəçilərin girişinin nəzarətinin lazımi səviyyədə uyuşqanlığı və detallaşmasının təminatı.  Bu hədəflər üçün bank biznesinin istənilən elementi (əməliyyat, hesabat, məlumatlara baxış üçün cədvəl və s.) öz identifikatoruna malikdir və istifadəçiyə fərdi qaydada təyin edilə bilər. Əgər bir qrup istifadəçiyə eyni hüquqlar lazımdırsa, onlar bir funksional qrupa daxil edilirlər;
  2. Platforma 1 müştəri yerindən fərqli olan Oracle MBİS ilə işləmək üçün proqram təminatından istifadə edərək, isitfadəçinin, girişə nəzarət sistemindən "yan keçərək" Platforma 1 informasiya resurslarına giriş əldə edə bilməməsi üçün Server tərəfində giriş sisteminin reallaşdırılması.
Sistemdə məlumatların dəyişdirilməsi jurnalları
 
İstifadəçilərin sistemdə hərəkətlərinin auditi növbəti jurnallar vasitəsi ilə aparılır:
  1. Əməliyyatların icra edilməsinin jurnalı. Əgər bank modelinin inzibatçısı məlumatların modifikasiyası üzrə istənilən hərəkəti jurnala salınmalı olduğunu müəyyən edərsə, o jurnalda əks edilə bilər;
  2. İstifadəçilərin hüquqlarının bölüşdürülməsi;
  3. Rekvizitlərin qiymətlərinin dəyişiklikləri. Bank sisteminin rekvizitlərindən hər hansı biri jurnala salınan kimi təyin edilə bilər. Bu halda bu rekvizitin qiymətlərinin dəyişikliklərinin bütün tarixi saxlanılır;
  4. Obyektlər vəziyyətlərinin dəyişməsinin, ilk növbədə ödəniş sənədlərinin tarixləri. Jurnallar avtomatik olaraq müvafiq sistem funksiyaları ilə doldurulur. Hərəkətləri jurnallara salınan istifadəçilər yazıları jurnallardan silə bilməzlər. Bütün jurnallar jurnala salma əlamətinə (və ya səviyyəsinə) malikdir.
 İnformasiyanın qorunması üçün xüsusi vasitələrdən istifadə
  1. Məlumatların ötürülməsinin kütləvi kanalları ilə ötürülən informasiyanın kriptoqrafik müdafiəsi. Bankdaxili sənədlərin ERİ (ESD sistemi – elektron sənəd dövriyyəsi) köməyi ilə müdafiə imkanı.
  2. Müştərinin eyniləşdirmə kartlarından istifadəsi.
  3. Konkret bankın tələbatlarına və imkanlarına uyğun olaraq müdafiə edilmiş sənəd dövriyyəsinin qurulması üzrə uyuşqan yanaşma, fərdi həllər və tövsiyələr imkanı.
Elektron rəqəmsal imza
 
Elektron rəqəmsal imza (ERİ) vasitələrinin tətbiqi üçün Platforma 1-də Elektron sənəd dövriyyəsinə (ESD) Nəzarət sistemi yaradılmışdır. ESD sistemi Giriş inzibatçısı və Tətbiqi model inzibatçısı tərəfindən sui-istifadə təhlükəsinin aradan qaldırmasını təmin edən maliyyə informasiyasının müdafiəsinin ikinci konturunu təşkil edir.
  
Platforma 1-də ESD Sistemi ESD Reqlamenti əsasında işləyir, bu reqlament sənədlərin həyat dövrəsi mərhələləri - sənədin emal prosesində vəziyyətinin dəyişiklikləri üzrə keçməsi şəraitlərini təsvir edir. Hər bir növbəti vəziyyətə sənəd yalnız sənəd dövriyyəsi iştirakçılarının həqiqi ERİ-nın lazımi və yetərli sayda olduğu halda keçir.
 
Sənədlərlə iş zamanı ESD sistemi, sənədin məzmunu və isitifadəçinin gizli açarı əsasında istifadəçinin (operatorun / nəzarətçinin / mühasibin) ERİ-nı formalaşdırır. ERİ yalnız sənədin müəllifliyinin təyin edilməsinə deyil, həm də istifadəçinin Sistemdə müəyyən hərəkətlər etmək: sənəd yaratmaq, nəzarət, sənədi ötürmək hüququnun təsdiq edilməsinə zəmanət verir.